Accessibility links

Bu gün Qahirədə zorakılıqlar nəticəsində həlak olan xristianların dəfn mərasimi keçirilib

  • Amerikanın səsi

Bu gün Qahirədə zorakılıqlar nəticəsində həlak olan xristianların dəfn mərasimi keçirilib

Bu gün Qahirədə zorakılıqlar nəticəsində həlak olan xristianların dəfn mərasimi keçirilib

Minlərlə Qibti xristian Qahirədə müsəlmanlarla çaxnaşma qurbanlarının dəfn mərasimində iştirak edib. Hakimiyyətdə olan hərbi şura hadisə ilə bağlı təhqiqat aparılmasına göstəriş verib. Dəfn mərasiminə gələnlər bazar ertəsi Qibti keşişi Şenodanın təşkil etdiyi mərasimdə iştirak etmək üçün Qahirədəki Abbasiyə kilsəsinə yığışmışdılar. Hadisə ilə bağlı üç gün matəm elan edən keşiş sülhün bərpa olunacağına ümid etdiyini deyib.

Kilsənin açıqladığı bəyanatda zorakılıqlar zəminində günahsız isnsanların qətlə yetirildiyi, günahkarların isə cəzasız qaldığı deyilir.

XS
SM
MD
LG