Accessibility links

İran seçiciləri bu gün parlament seçkilərində iştirak edir. Parlament seçkiləri 2013-cü ildə keçiriləcək prezident seçkilərinə öz təsirini göstərə bilər. İran parlamentində namizədlər 290 yerdən 65-i uğrunda mübarizə aparacaq. Bu yerlərin 25-i paytaxt Tehranın payına düşür.

Prezident Mahmud Əhmədinejadın mühafizəkar rəqbiləri mart ayında keçirilən birinci raund səsvermədə parlamentdə yerlərin əksəriyyətinə yiyələniblər.

Bu rəqiblərin əksəriyyəti ali ruhani lider Ayətullah Əli Xameneyiyə sadiq siyasətçilərdir. Analitiklər iki lider arasında münasibətlərin gərginləşdiyini deyib. Prezident ötən il ali ruhani liderin hakimiyyətinin yüksək rütbəli rəsmiləri təyin etməsinə etiraz edərkən Xameneyi ilə münasibətləri pozulmuşdu.

XS
SM
MD
LG