Accessibility links

Bu gün Tailandın paytaxtı Bankokda nümayişlər zamanı həlak olanların xatirəsi anılıb


Bu gün Tailandın paytaxtı Bankokda nümayişlər zamanı həlak olanların xatirəsi anılıb

Bu gün Tailandın paytaxtı Bankokda nümayişlər zamanı həlak olanların xatirəsi anılıb

Etiraz aksiyaları zamanı həlak olan 88 nəfərin anım mərasimi olub

Bu gün səhərdən başlayaraq minlərlə insan son günlərdəki nümayişlər zamanı həlak olanların xatirəsini anmaq üçün Tailand paytaxtı Bankokda toplaşmışlar. Qətlə yetirilən azı 88 və yaralanan 1900 nəfərin anım mərasimdə müsəlman imamı ilə buddist rahibi, xristianların dini xadimi və hindu liderləri bir araya gəlmişlər.

Tailanddan alınan digər məlumatda isə bildirilir ki, bu gün ölkənin cənubunda müsəlman üsyançıları tərəfindən həyata keçirilən bomba hücumu 2 nəfərin ölümünə, azı 51 nəfərin yaralanmasına səbəb olub. Yala vilayətində motosikletə yerləşdirilmiş birinci bombanın partlamasından sonra polis və xilasetmə dəstələrinin həmin yerə yetişməsindən az sonra ikinci bomba partladılmışdır.

XS
SM
MD
LG