Accessibility links

Bu gün Tripolidə daha üç partlayış baş verib


Bu gün Tripolidə daha üç partlayış baş verib

Bu gün Tripolidə daha üç partlayış baş verib

Avropa ölkələri diplomatik səylər göstərdiyi vaxt NATO Liviyada hücumları davam etdirir. Paytaxt Tripolidə bu gün azı üç partlayış baş verib. Liviya hökumət rəsmiləri peşə məktəbini də hədəf alan partlayışların NATO hava hücumları nəticəsində baş verdiyini bildirib. Reuters xəbər agentliyi Müəmmar Qəzzafiyə sadiq qüvvələrin üsyançıların nəzarətində olan Misrata şəhərini bombardman etdikləri haqda məlumat verib. Bu arada, İspaniya Liviya hökumətindən mümkün atəşkəs haqda təklif qəbul etdiyini deyib. İspaniya baş nazirinin sözcüsü bildirib ki, ilkin olaraq müəyyən şərtlərə əməl olunsa və addımlar atılsa İspaniya atəşkəsi dəstəkləyə bilər.

XS
SM
MD
LG