Accessibility links

Bu gün Ümumdünya Psixi Sağlamlıq günüdür

  • Amerikanın səsi

Bu gün Ümumdünya Psixi Sağlamlıq günüdür

Bu gün Ümumdünya Psixi Sağlamlıq günüdür

Bu gün Ümumdünya Psixi Sağlamlıq günüdür. Ümumdünya Səhiyyə Təşkilatının bu münasibətlə açıqladığı hesabatında hökumətlər nevroloji və əqli xəstəliklər üçün xidmətlərin artırılmasına çağırılır.

“Psixi Sağlamlıq Atlası-2011” adlı hesabat 184 ölkədə aparılan araşdırmaların nəticələrinə əsaslanır. Məlum olub ki, dünyada hər dörd adamdan birinin zehni xidmətə ehtiyacı olur. Dünyada spixi sağlamlığa ildə 3 dollardan az vəsait sərf edilir. Yoxsul ölkələrdə isə bu göstərici 25 sent təşkil edir.

Ümumdünya Səhiyyə Təşkilatı aşağı və orta gəlirli ölkələrdə psixiatorların sayının çox az olduğunu bildirir. 9 milyon əhalisi olan bəzi Afrika ölkələrində yalnız 1, 29 milyon əhalisi olan Asiya ölkələrində isə cəmi 2 psixiator var.

Hesabatda deyilir ki, dünya əhalisinin əksəriyyəti psixi xidmətlərdən məhrumdur. Avropa və Şimali Amerikada insanların 50 faizi əqli problemlərə malikdir. İnkişaf etməkdə olan ölkələrdə insanların 85 faizi psixi ximətlərə malik deyil.

Ümumdünya Səhiyyə Təşkilatının hesabatında bildirilir ki, hökumətlər psixi xidmətlərə ayrılan vəsaitin 70 faizini psixiatrik xəstəxanalara sərf edir. Məsrəflərin qeyri-mütənasib şəkildə paylanması özəl xidmətləri vasəitsiz qoyur.

“Psixi Sağlamlıq Atlası-2011” adlı hesabatda əlilliyə yol açan depressiya, şizofreniya, bipolar, epilepsiya, əqli çatışmazlıq və digər nevroloji xəstəliklərdən bəhs edilir.

Hesabatda deyilir ki, zehni xəstəliklərə malik olan insanlar çox hallarda insan hüquqları pozuntuları və ayrı-seçkiliyin qurbanı olur.

XS
SM
MD
LG