Accessibility links

Bu gün axşam Yaponiyanın şimal-şərqində 6.4 bal gücündə zəlzələnin baş verdiyi bildirilib. Lakin dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib. İlkin məlumatda zəlzələnin dəniz səviyyəsindən 10 km aşağı, İvate Prefectur bölgəsində baş verdiyi deyilir. Sunami barədə xəbərdarlıq verilməyib.

Keçən ay yaponiyalılar ölkənin şimal-şərqində 20 min insanın ölümünə səbəb olan tsumani və zəlzələnin ildönümünü qeyd etdilər.





XS
SM
MD
LG