Accessibility links

Türkiyədə sabiq hərbiçilər mühakimə olunur


Bu gün təqaüddə olan türkiyəli generallar Kənan Evren və Thasin Şahinkayanın məhkəməsi keçirilir. Onlar 30 ildən çox müddət işgəncə, qətl və insan oğurluqları ilə nəticələnən dövlət çevrilişi həyata keçirməkdə ittiham olunur.

Bu gün Ankarada yüzlərlə nümayişçi məhkəmə binasının qarşısına ədalət tələbi ilə toplaşaraq dövlət çevrilişində əli olan başqa liderlərin də mühakimə edilməsinə çağırıb.

94 yaşlı Evren və 87 yaşlı Şahinkayanın səhhətləri pis olduğundan məhkəmədə iştirak etməyiblər. Onlar dövlətə qarşı cinayətdə ittiham olunurlar və ömürlük həbsə məhkum oluna bilərlər. 1980-ci ildə dövlət çevrilişini hazırlamaqda ittiham olunan Evren və başqa liderlər parlamentin fəaliyyətini dayandırmış, konstitusiyanı və siyasi partiyaları ləğv etmişdilər.

XS
SM
MD
LG