Accessibility links

Bu həftə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti işinə başlayır


Bu həftə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti işinə başlayır

Bu həftə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti işinə başlayır

Sammitdə təşkilata üzv ölkələr- Rusiya, Çin, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan iştirak edəcək

Rusiya prezidenti Dmitri Medvedev və Çin prezidenti Hu Jintaonun bu həftə Özbəkistanda keçiriləcək regional sammitdə görüşərək, iqtisadi əlaqələr, Əfqanıstan və Koreya yarımadasındəkı vəziyyəti müzakirə edəcəkləri gözlənilir. Çin lideri paytaxt Daşkəndə bu gün, Şanxay Əməkdaşlıq Təşkilatı sammitinin başlanmasından bir gün əvvəl gedib. Rusiya və Çin Şanxay Əməkdaşlıq Təşkilatının üzvlərindirlər ki, buraya Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan da daxildir. Əfqanıstan prezidenti Həmid Karzayın da sammitdə iştirak edəcəyi gözlənilir.

İran, Pakistan, Monqolustan və Hindistan isə sammitdə müşahidəçi qismində iştirak edəcəklər. Lakin Kremldən alınan məlumatda İran prezidenti Mahmud Əhmədinejadın yığıncağa qatılmayacağı bildirilir.

XS
SM
MD
LG