Accessibility links

Bu həftə Haray proqramını İranda dini promlemlərə həsr etmişik


Niyazi Mehdi, fəlsəfə elmləri doktoru
Niyazi Mehdi, fəlsəfə elmləri doktoru

Fəlsəfə elmləri doktoru, professor Niyazi Mehdiyevin sözlərinə görə, islam dünyasında islamı müasirləşdirmək ideyası yanlış başa düşülür. Əxlaq, islam və din azadlığı ilə bağlı bir sıra yazıların müəllifi deyir ki, islam dünyası millətlərin inkişafını əsasında önə gedə bilər. Onunla müsahibəni sizə təqdim edirik.

Sual: Hazırda islam dünyasında xüsusilə də İranda əsas dini problemlər nədir?

Cavab: İslam dünyasında islamı müasirləşdirmək ideasını yanlış başa düşürlər. Əsas arqument də bundan ibarətdir ki, Allahın dini həmişə müasirdir. Amma əslinə baxsan Azərbaycanda bizim müzakirələrdən sonra aydın oldu ki, söhbət islamı müasirləşdirməkdən yox, islamı necə qavramağı müasirləşdirməkdən gedir. Bu isə tələb edir ki, dövrə uyğun olaraq islamın dərinliklərini anlamaq cəhdləri olsun. Ümumiyyətlə, həm müsəlmanlar, həm də xristian dindarlara elə gəlir ki, bu dini kitablarda, yəni Qurani Kərimdə onlara birbaşa aydın bilinənlər elə Allahın verdiyi informasiyanın tamamıdır. Amma halbuki, biz Qurani Kərimin özündə də yazılıb ki, qeyb aləminin bulunmasını nəzərə almalıyıq. Dəhşət bundan ibarətdir ki, adamlar özlərinin dilinin qrammatikası və lüğəti əsasında başa düşdükləri Quran informasiyasını sonra tam həqiqətinin nümunəsi kimi islah edirlər və bundan çıxış edərək döyürlər, öldürürlər, lənətləyirlər və s.

Sual: İranda dini fəlsəfə necə həyata keçirilir? Çünki din və dövlət. Dövlət güc aparatı, din isə humanizm ideologiyası. İran dövlətçilik idarəçiliyində bunlar arasındakı ziddiyyət və uyğunluq nədir?

Cavab: Çox təəssüf ki, biz bir şeyi nəzərə almırıq. Dünyada uyqarlıqların yəni, sivilizasiyalar arasında yarış var. Bu normal bir şeydir. İndi 20-ci əsrdə aydın olub ki, islam dünyası millətlərin inkişafı əsasında önə gedə bilər. Millətlərin inkişafı onların dillərinin inkişafı, onların özəl dünyasının, sənətlərinin, müasirləşməsinin inkişafı deməkdir.

Sual: İslam və rəngarənglik, yəni müxtəlif millətlərə, müxtəlif modalara, geyimlərə, müxtəlif təfəkkür formalarına baxış. İranda bu necə görünür islam fəlsəfəsində?

Cavab: İranda belə hesab edirlər ki, Allahın Qurani Kərimdəki ayələrin tam mənaları başa düşülüb və bundan istifadə edib qadınları nə geyinib-geyinməməyə məcbur edirlər. Bu ayələrə qeyri-dəqiq yanaşanda tələblər yumşalır.

Sual: İslamda insanın səsi, insan toplumunun səsi necə realizə edilir? İnsanların seçimi ilə dini rəhbərin istəkləri üst üstə düşməyəndə bu İslamda necə tənzimlənə bilər.

Cavab: Prinsipcə bunun ittihamda suçlanması universaldır. Yəni ki, insanların səsi, insanlar, xalq hakimiyyətin qaynağı olmalıdır. Mənim qolum zorludu, əlimdə silah var mən size məcbur edirəm mənə tabe olmalısınız. İdeoloji olaraq İran bunu qəbul etməsə də, reallıq da İran buna oxşar addım atır. Yəni əgər sən xalqı hakimiyyətin qaynağı sayırsansa, onda xalqın səsi hakimiyyətin necə olmağını təyin etməlidir.

XS
SM
MD
LG