Accessibility links

Bu il ABŞ-Gürcüstan əlaqələrinin 20-ci ildönümüdür


Bu il ABŞ-Gürcüstan əlaqələrinin 20-ci ildönümüdür. Regiona səfəri zamanı ABŞ dövlət katibi Hillari Klinton Amerika ilə Gürcüstanın müxtəlif sahələrdə əməkdaşlığını yülsək qiymətləndirib. 2009-cu ildə iki ölkə arasında Strateji Tərəfdaşlıq Komissiyası təsis edilib. Bu, tərəfdaşlığın genişləndirilməsi sahəsində daha bir addımdır. O vaxtdan bəri ölkələr arasında nail olunmalı məqsədlər müəyyən edilib. Bunlara Gürcüstanın dmeokratik təsisatlarının gücləndirilməsi daxildir.

Gürcüstan bu il azad və ədalətli parlament seçkiləri, gələn il prezident seçkiləri yolu ilə demokratiyanı inkişaf etdirə bilər. Seçki kampaniyaları və seçkilərin özü rəqabətli olmaqla yanaşı, beynəlxalq standartlara cavab verməlidir. İnformasiya əldə edilməsinin azadlığı və müstəqil ədliyyə sistemi bunların ayrılmaz hissəsidir.
Demokratik islahatlar Gürcüstan iqtisadiyyatına müsbət təsir göstərəcək. Etibarını möhkəmləndirmək, şəffaflıq nümayiş etdirmək və qanunun aliliyinı riayət etmək yolu ilə Gürcüstan əlavə isvestisiyalar əldə edə bilər.

Amertika ilə Gürcüstan investisiya və azad ticarət də daxil edilməklə, iqtisadi və ticari əlaqələrin dərinləşdirilməsi barədə razılıqlar əldə edib.
Ölkələr regional və qlobal sabitliyin mühümlüyü barədə ortaq fikrə malikdir. Yanvar ayında ABŞ prezidenti Barak Obama Gürcüstanın dövlət başçısı Mixail Saakaşvili ilə görüşü zamanı müdafiə sisteminin möhkəmləndirilməsi məsələsində razılıq əldə edib. Amerika Gürcüstanın müdafiə islahatlarına dəstək verməklə yanaşı, o ölkəni təlimlər və müasirləşdirilmə ilə təmin edəcək. ABŞ Gürcüstana NATO-ya üzvlük cəhdlərində yardım göstərəcək. Gürcüstan isə öz növbəsində NATO standartlarına cavab vermək üçün nailiyyətlərini davam etdirəcək.

ABŞ Gürcüstanın suverenliyi və ərazi bötövlüyünü dəstəkləyir. ABŞ dövlət katibi Hİllari Klinton deyib ki, Amerika Rusiyanın Gürcüstan ərazilərinin işğalı və militarizasiyasını rədd edir. Xanım Klinton Rusiyanın münaqişə zonalarından qüvvələrini çıxarmaq və humanitar yardımlara mane olmamaq kimi şərtlər də daxil edilməklə, 2008-ci il atəşkəs razılığının şərtlərinə əməl etməsinin vacibliyini vurğulayıb.

“Gürcüstan son 20 ildə böyük nailiyyətlər əldə edib. Gələcəyə nikbinliyə dair bir çox səbəblər var.Biz Gürcüstanla bərabər gələcək təhlkükəsizlik, rifah halının yaxşılaşdırılması, azadlıq və sülh yolunda bərabər addımlayacağıq”- deyə ABŞ dövlət katibi Hillari Klinton bildirib.

XS
SM
MD
LG