Accessibility links

Bu il Nobel Sülh mükafatı 3 nəfərə nəsib oldu

  • Amerikanın səsi

Bu il Nobel Sülh mükafatı 3 nəfərə nəsib oldu

Bu il Nobel Sülh mükafatı 3 nəfərə nəsib oldu

2011-ci il Nobel Sülh mükafatı Liberiya prezidenti Ellen Conson Sirleaf, Liberiya sülh fəalı Leymah Qbovi və Yəmən qadın hüquqları müdafiəçisi Təvəkkül Karmana təqdim olunub.

Norveç Nobel Komitəsi bu gün Oslo da üç nəfərin adını açıqlayaraq bildirib ki, bu üç qadın dünyaboyu qadınları təhlükəsizliyi və qadınların haqları uğrunda apardıqları qeyri-zorakı mübarizəyə görə mükafatı bölüşəcəklər.

Komitə rəhbəri Torbjoern Jaqland laureatların apardığı işi alqışlayaraq deyib ki, qadınlar da kişilər kimi eyni imkanlara malik olmayanadək dünya sülh içərisində yaşaya bilməz.

72 yaşlı Ellen Conson Sirleaf 2005-ci ildə Liberiyanın demokratik yolla seçilən ilk qadın prezidenti olub. Nobel Komitəsi onun sülhü mühafizə etmək, iqtisadiyyatı və sosial inkişafları yaxşılaşdırmaq, o cümlədən qadınların ictimaiyyət arasında mövqeyinin gücləndirilməsi üçün göstərdiyi səyləri alqışlayıb.

Liberiya lideri deyib ki, Nobel ölkədə inkişaf yolu, sülh bə ədalət uğrunda gedən mübarizəni qiymətləndirib. Onun sözlərinə görə, başlıca təşəkkür Liberiya xalqına düşür.

35 yaşlı Leymah Qbovi də Liberiyadandır. O, xristian və müsəlman qadınları birlikdə oturaq və qeyri-zorakı nümayişlərə ruhlandıraraq ölkəsində vətəndaş müharibəsinə son qoyub. 2002-ci ildə Qbovi Liberiya qadınlarını ölkədəki zorakılıqlara son qoyulmayanadək həyat yoldaşları ilə cinsi əlaqəyə girməməyə çağırmışdı.

Bununla yanaşı, 32 yaşlı fəal və jurnalist Təvəkkül Karman Yəməndə sülh və demokratiya, habelə qadınların hüquqları uğrunda mübarizədə aparıcı rol oynadığına görə qiymətləndirilib.

Mükafatı alandan sonra Karman jurnalistlər bildirib ki, mükafatı Yəmənin inqilabçı gənclərinə həsr etdiyini bildirib.

Hədiyyə olaraq verilən 1.5 milyon dollar isə 3 qalib arasında bölünəcək.

XS
SM
MD
LG