Accessibility links

Bu ilin ədəbiyyat üzrə Nobel mükafatçısı bəlli oldu


Bu ilin ədəbiyyat üzrə Nobel mükafatçısı bəlli oldu

Bu ilin ədəbiyyat üzrə Nobel mükafatçısı bəlli oldu

İsveçin elm üzrə Kral Akademiyası 2011-ci il Nobel Ədəbiyyat mükafatını 80 yaşlı isveçli şair Tomas Tomas Transtromerə verib.

Münsiflər heyəti bu gün Transtromerin bu mükafata aydın və yığcam şəkilləri ilə reallığa daha asan çıxış əldə etmək imkanı yaratdığı üçün verdiyini açıqlayıb.

Transtromer də digər Nobel mükafatçıları kimi 1.5 milyon dollar əldə edəcək. Bundan əvvəl isə tibb, fizika və kimya üzrə qaliblər də açıqlanmışdı.

İsveçin elm üzrə Kral Akademiyası Nobel sülh mükafatını kimin qazandığını sabah açıqlayacaq.

Qeyd edək ki, Nobel mükafatı dinamiti ixtira edən varlı isveçli sənayeçi Alfred Nobel tərəfindən yaradılıb. Nobel mükafatı 1901-ci ildən təqdim olunmağa başlayıb.

XS
SM
MD
LG