Accessibility links

BMT-nin baş katibi Ban Ki-Mun bu vəzifəyə namizədliyini yenidən verib


BMT-nin baş katibi Ban Ki-Mun bu vəzifəyə namizədliyini yenidən verib

BMT-nin baş katibi Ban Ki-Mun bu vəzifəyə namizədliyini yenidən verib

BMT baş katibi Ban Ki-Mun təşkilatda İkinci dönəm - beş il müddətində eyni vəzifəni yerinə yetirmək üçün namizədliyini irəli sürüb. Cənubi Koreyanın sabiq xarici işlər naziri, 66 yaşlı cənab Ban bu gün deyib ki, o, BMT-yə üzv 192 ölkəyə bu vəzifəyə ikinci dönəm namizədliyini verəcəyi barədə təvazökar məktub göndərib.

2007-ci il yanvar ayının 1-dən baş katib vəzifəsində çalışan cənab Banın vəzifə müddəti bu ilin dekabr ayının 31-də sona çatır. O, baş katib vəzifəsini icra etdiyi müddətdə əldə edilən nailiyyətlərə görə fəxr etdiyini deyib. Cənab Banın ikinci dönəm seçilməsinə Birləşmiş Ştatlar və BMT-nin Təhlükəsizlik Şurasının başlıca üzvləri dəstək verir. Buna görə də onun problemsiz olaraq baş katib vəzifəsinə yenidən seçiləcəyi gözlənilir.

XS
SM
MD
LG