Accessibility links

Amerikalılar təhsil vauçerlərindən necə istifadə edir? (VİDEO)


Amerikalılar təhsil vauçerlərindən necə istifadə edir? (VİDEO)
Amerikalılar təhsil vauçerlərindən necə istifadə edir? (VİDEO)

ABŞ-da məktəb vauçerləri proqramı olduqca siyasi məsələdir. Valideynlər dövlətin təmin etdiyi vauçerlərlə övladlarını özəl məktəblərə göndərə bilir. Tənqidlərə baxmayaraq bundan istifadə edən ailələr proqramın övladları üçün dövlət məktəblərinin təmin edə bilmədiyi fürsətlər yatardığını deyirlər.

Vaşinqtonda DCPrep adlı məktəb ölkə paytaxında olan özəl məktəblərdən biridir.

Məktəbdə təxminən 90 şagird təhsil alır. İllik təhsil haqqı 11000 dollardır. Bu isə azgəlirli valideynlər üçün münasib məbləğ deyil. Ancaq Lestina Vales deyir ki, özəl məktəb onun qızı Njah üçün yeni bir dünyaya qapı açıb: “Onun getdiyi əvvəlki məktəblər onun özünə inamını üzə çıxara bilməyib. Qızım o məktəblərdə özünü pis hiss edirdi, onlar qızıma deyirdilər ki, o oxuya bilməz.”

İndi Njah yaxşı oxuyur. O da başqa şagirdlər kimi federal hökumətin təhsil vauçerlərindən faydalanır. Bu proqram az gəlirli ailələrin təhsil xərclərinə yardım edir. Valideynlər deyir ki, dövlət məktəblərinə alternativ olan bu məktəblər təhlükəsizdir və uşaqlar bu məktəblərdə inkişaf edir. Şagird Dominik Villiams:

- Bu nizam-intizamlı məktəbdə oxumağım üçün mənə yaradılan imkandır”.

Dominikin atası Jozef Kelli üç qızının təhsil haqqını ödəmək üçün vauçerdən istifadə edir. Kelli 11 uşaq böyüdüb.

- Uşaqlarım dövlət məktəbində olanda məktəb administratorları mənim məktəbə getməyimi istəmirdilər. Onlar gileylənirdilər ki, “Bu, yenə nə istəyir?” Amma özəl məktəblərdə istədiyim vaxt gedə bilirəm. Həmişə də “Cənab Kelli sizi görməyimizə şadıq” ifadəsi ilə qarşılanmışam.

Students, such as this children, receive government funded vouchers to attend private schools in Washington, DC
Students, such as this children, receive government funded vouchers to attend private schools in Washington, DC
Dövlət məktəbi tərəfdarlarının düşməncəsinə münasibətinə baxmayaraq, vauçer proqramlarından istifadə ölkədə artmaqdadır. Vauçerlərin verilməsini dəstəkləyən Təhsil Seçimi Fondu deyir ki, çox saylı ştatlarda özəl təhsili müdafiə edən qanun layihələri təsdiq olunub və ya onlar hazırda müzakirə mövzusudur. Təklif olunan yeni qanun vauçer üçün maliyyəni təmin edə və özəl məktəbləri seçən valideynlərə vergi kreditləri verə bilər.

Qatı mühafizəkarlar bu addımı dəstəkləyir. Ancaq tənqidçilər deyir ki, vauçerlər ölkənin təhsil sisteminin tam özəlləşdirilməsinə aparır.

Vaşinqton meri Vinsent Qrey də tənqidçilər arasındadır. Vaşinqton Müəllimlər Birliyinin prezidenti Natan Saunder deyir ki, vauçerlərin populyarlıq qazanması narahatedici presedentdir: “Vauçerlər dövlət məktəblərinin inkişaf edirilməsinə dair müzakirələrə bir dəfəlik on qoyur”.

O deyir ki, bu tendensiya elə də geniş yayılmayıb: “Vaşinqtondakılar 7500 dollar məbləğində vauçer alır. Amma siz uşaqlarınızın Barak Obamanın uşaqlarını göndərdiyi məktəbdə təhsil almasını istəyirsinizsə, bu, sizə 30000 dollara başa gələcək. Bəs bu boşluğu necə dolduracaqsınız?”

Araşdırma göstərir ki, vauçer proqramı Vaşinqton özəl məktəblərində şagirdlərin oxumaq qabiliyyətini inkişaf etdirsə də, eyni təsiri riyaziyyata göstərməyib. Buna baxmayaq valideynlər bu proqramdan çox razı olduqlarını bildirirlər.

XS
SM
MD
LG