Accessibility links

Azərbaycanın görkəmli bəstəkarı, professor Tofiq Bakıxanovun 80 illik yubileyi qeyd edilib

  • Nərminə Cəlalqızı

Azərbaycanın görkəmli bəstəkarı, professor Tofiq Bakıxanovun 80 illik yubileyi qeyd edilib

Azərbaycanın görkəmli bəstəkarı, professor Tofiq Bakıxanovun 80 illik yubileyi qeyd edilib

Tofiq müəllim Amerikanın Səsinə müsahibəsi zamanı dekabrın 22-dən 28-dək yaradıcılığına həsr edilimış musiqi festivalı barədə böyük fəxrlə danışdı

Bu yaxınlarda Azərbaycan Bəstəkarlar İttifaqı, Mədəniyyət və Turizm Nazirliyinin birgə təşəbbüsü ilə Azərbaycanın görkəmli bəstəkarı, professor Tofiq Bakıxanovun 80 illik yubileyi qeyd edilib. Tofiq Bakıxanov musiqi sahəsindəki fəaliyyətinə görə 1991-ci ildə Azərbaycan xalq artisti adına layiq görülüb, 2000-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub.

Amerikanın Səsinə müsahibəsində o, dekabrın 22-dən 28-dək yaradıcılığına həsr edilimış musiqi festivalı barədə böyük fəxrlə danışdı.

Tofiq müəllim festival zamanı Azərbaycanın görkəmli incəsənət xadimlərinin onun həyat və yaradıcılığına nəzər saldığını, Azərbaycan bəstəkarlıq məktəbindəki fəaliyyətindən və xidmətlərindən söz açdıqlarını bildirdi.

1930-cu ildə Bakıda görkəmli tarzən Əhmədağa Bakıxanovun ailəsində anadan olan Tofiq Bakıxanov onun sənətə gəlməsində atasının böyük təsiri olduğunu, Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin sinfində təhsil aldığını dedi. Uzun illər fəaliyyəti barədə danışarkən o, əsərlərinin nəinki Azərbaycanda, hətta vətəninin hüdudlarından kənarda da ifa edildiyini, bəstələrinin xaricin görkəmli sənət ustaları tərəfindən səsləndirildiyini dedi.

Hazırda Bakı Musiqi Akademiyasında müəllimlik fəaliyyətini davam etdirən professor tələbələrindən böyük həvəslə danışdı.

XS
SM
MD
LG