Accessibility links

Ağ Ev yeni büdcə planını açıqlayıb. Planda prezident Trampın ordu məsrəflərini artırması nəzərdə tutulur. Sənəddə Dövlət Departamenti, xarici yardımlar və BMT kimi beynəlxalq təşkilatlara ödənilən xərclərin ixtisarı əksini tapıb.

Beləliklə Dövlət Departamentinin xarici xidmət və digər işçilərinin, habelə ABŞ-ın dünya ölkələrindəki səfirliklərində ciddi ixtisarlar gözlənilir.

Brukinqs institunun alimi və qlobal inkişaf eksperti Corc İnqram ixtisarların tədricən həyata keçiriləcəyini deyib.

"Bizim bildiyimizə görə ixtisarlar 30 faiz təşki edəcək. Menecment və Büdcə idarəsi ilk öncə 37 faiz ixtisar irəli sürmüşdü. Lakin ilk ildə 37 faizin çox olduğu bildirilərək. 30 faizə endirilib" - deyə, İnqram Amerikanın Səsinə bildirib.

30% ixtisarın proqramlara təsiri

İnqramın dediyinə görə, bu ixtisar ABŞ-ın qlobal inkişaf və xarici siyasətdəki aparıcı rolunu səngidə bilər.

"Bu, HIV/AIDS kimi 11. 5 milyon insan həyatını xilas edən proqramların maliyyələşdirilməsinin dayandırılması deməkdir. Söhbət insanları aclıq və xəstəliklərdən müdafiə edən proqramlardan gedir" - deyə, o bildirib.

İxtisarlar biznesə dəstək, su, içməli su, sanitariya və təhsil kimi proqramlara şamil ediləcək.

İnsan haqları müdafiəçiləri və humanitar yardım təşkilatları kütləvi ixtisarların ABŞ-ın xarici yardımlarını kəsməsinə səbəb olacağını, bunun isə qaçqınlar və digər həssas qrupların fəlakətinə yol açacağını deyir.

Konqres ixtisarların əleuhinə çıxacaqmı?

İngram Konqresin Dövlət Departamenti və xarici yardımların kəskin ixtisarını bimənalı qarşılamayacağını düşünür. Onun fikrincə, qurum bununla razılaşmaya bilər.

Respublikaçı senator Lindsi Qraham artıq buna etirazını bildirib. O deyib ki, diplomatik missiyaların ixtisarı İŞİD-ə qarşı qlobala mübarizəni məğlubiyyətə uğrada bilər.

Trampın təklif etdiyi büdcə planında 10 milyarddan 20 milyard dollara qədər ABŞ-la Meksika arasında divarın inşası üçün nəzərdə tutulur.

Büdcənin Kapitoli binasında qızğın debatlara səbəb olacağı gözlənilir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG