Accessibility links

ABŞ hökumətinin büdcə planı Senatda səsə qoyulacaq


Birləşmiş Ştatlar daha bir hökumət bağlanması təhlükəsindən yayınmağa yaxınlaşıb.
Nümayəndələr Palatası 359 leyhinə, 67 əleyhinə səs çoxluğu ilə 2014-cü il üçün nəzərdə tutulmuş 1.1 trillion dollarlıq büdcəyə dair qanunu təsdiq edib.

Qanun indi səsə qoyulmaq üçün Senata göndərilib. Senatın büdcəyə dair yeni qanunu bu həftənin sonu səsə qoyacağı gözlənilir. Təsdiq edilərsə, sənədi prezident Barak Obama imzalayacaq.

Məsrəflərə dair plan respublikaçılarla demokrat qanunvericilər arasında siyasi kompromizdir və geniş dövlət proqramlarını əhatə edə bilər.
XS
SM
MD
LG