Accessibility links

Güclü qardan sonra Buffalo şəhərini daşqınlar gözləyir


Nyu-York ştatının paytaxtı Buffalo şəhəri ötən həftə 2 metrdən artıq qarla örtüldükdən sonra indi də havaların kəskin istiləşməsi səbəbilə güclü daşqın proqnozu ilə qarşılaşır.

Dünən Nyu-York qubernatoru Endryu Kuomo vəziyyətlə tanış olmaq üçün bölgədəki fövqəladə hallar işçilərinə baş çəkib.

Onlarla qayıq Qərbi Seneka şəhərində evlərində və maşınlarında ilişib qalmış insanları xilas etmək üçün gözləyir.

Buffalo regionunda temperaturun +15 dərəcəyə çatacağı gözlənilir.

Bununla yanaşı sinoptiklər güclü yağışların və küləklərin olacağını da istisna etmir. Rəsmilər hava şəraitinin ağacların qırılmasına və elektrik enerjinin kəsilməsinə səbəb ola biləcəyini deyir.

XS
SM
MD
LG