Accessibility links

Cümə axşamı ABŞ-ın Nyu-York ştatının Buffalo şəhərində bir metr hündürlüyündə qar yağacağı gözlənilir. İki gün öncə baş verən möhkəm qış tufanı nəticəsində şəhər qar altında qalıb.

Gözlənilən qar insanları evlərində əsarət altında buraxan 1.5 metr hündürlüyündə qara əlavə olunacaq. Metereoloqlar bildirir ki, toplam qar şəhərə qış ayları ərzində yağan qar qədər olacaq.

Tufan nəticəsində 7 nəfərin dünyasını dəyişdiyi təsdiq edilib. Ölənlərin sırasına qarın altında batan maşınında qalan bir kişi daxildir. Digər 4 şəxs isə ürəkləri ilə bağlı səbəblərdən dünyalarını dəyişiblər.

Qubernator Endryu Kuomo qərbi Nyu-Yorkun 10 qraflığında fövqəladə vəziyyət elan edib. Cənab Kuomo bildirib ki, bu, Nyu-York ştatına yağan ən böyük qar ola bilər.

XS
SM
MD
LG