Accessibility links

Milyarder Baffettlər imkansızlara yardım edir [Video]


Milyarder Baffettlər imkansızlara yardım edir
please wait

No media source currently available

0:00 0:03:31 0:00

Milyarder Vorren Baffettin bacısı Doris Baffett evsiz qalmış əqli problemli insanların evlə təmin edilməsi üçün qeyri-hökumət təşkilatına bir milyon dollar ianə edib. “Mən qardaşımın nailiyyətlərinə görə hədsiz dərəcədə xoşbəxtəm. Onun bəxti gətirdi və bundan bizə də pay düşdü. Mən ürəyim istədiyini edə bilərəm və mən belə qərara gəldim ki, ölməzdən əvvəl pullarımı nəyəsə verim.”

İmkansızlara 100 milyon dollardan çox ianə edən xeyriyyəçi Doris Baffettlə Vaşinqtonun 88 km-liyində yerləşən Virciniya ştatının Frederiksburq şəhərindəki evində tanış olduq. Onun axırıncı hədiyyəsi qeyri-hökumət təşkilatı “Mika Dinlərarası Kilsə Qurumu”na oldu ki, bu, evsiz-eşiksiz və əqli xəstəliyi olan insanları yeni evlərlə təmin etmək üçün 1 milyon dollar idi.

Viki Şevret və qardaşı Cerri Qrimsli belə ev alan 20 nəfər arasında idi. Onlar şaxtalı yanvar ayında küçədə qurduqları çadırı yığaraq, son 3 ildə ilk dəfə həqiqətən özlərinə məxsus evlərinə gəlmələrindən danışırlar.n“İnanılmaz idi. Çox gözəl idi. Möhkəm və isti idi.” deyə Vikki bildirir.

“Mika Dinlərarası Kilsə Qurumu”nun direktoru Meqan Kotter artıq “Bafftett Evi” adlı yeddi ev alındığını deyir. “Bu evlərdə yaşayanlar ayda 300 dollar ödəməlidir. Ödəyə bilməyənlər isə bir hissəsini könüllü olaraq işləyərək ödəyə bilər” deyə, o bildirir.

Hökumətin bu ailəyə əlillər üşün verdiyi yardım aylıq ödənişə kifayət edir. Artıq öz evində rahat yaşayan Viki dərmanlarını vaxtlı-vaxtında içə bilir. O, yeni avadanlıqla təmin edilmiş mətbəxini də çox sevir.

Belindəki problemə görə çətin hərəkət etməsinə baxmayaraq, Cerri həyəti təmizləməyə və gül-çiçək əkməyə çalışır. “Biz burada qürur yaşamaqdan qürur hissi keçiririk. Biz xanım Baffettə bizə belə bir imkan yaratdığı üçün minnətdatrlığımızı bildiririk.”

Baffettin xeyriyyəçilil səyləri nəticəsində şəhərdə evsizlərin sayı 58 faiz azalıb. Buna görə xanım Buffett hədsiz dərəcədə xoşbəxt olduğunu və xeyriyyəçiliyini davam etdirəcəyini deyir.

XS
SM
MD
LG