Accessibility links

Bu gün BMT müşahidəçilərinin hökumət və müxalifət qüvvləri arasında atəşkəsə nəzarət etməyə davam etdiyi bir zaman silsilə partlayışlar Suriyanı silkələyib. Hadisə zamanı azı beş nəfər həlak olub. Suriyanın İnsan Haqları təşkilatlarının bildirdiyinə görə, ölkənin şimalında Aleppo şəhərində avtomobil yuma məntəqəsinin yaxınlığından keçən avtobusda bomba partalamsı nəticəsində beş nəfər həlak olub.Fəallar iki partlayışın Dəməşqi silkələdiyini deyib. Onların sözlərinə görə, bombalardan biri hərbi maşının altına yerləşdirilib. Partlayış zamanı yaxınlıqdakı avtomobillərə zərər dəyib və küçədə ciddi dağıntılar baş verib. Hadisə ilə bağlı məsuliyyəti heç kim üzərinə götürməyib. Hökumət bu növ dəhşətli zorakılıqlarda terroristləri günahlandırır.

XS
SM
MD
LG