Accessibility links

Bolqarıstanın təhlükəsizlik qüvvələri bu gün ölkənin cənubunda 40-dan çox evdə və məsciddə reydlər keçiriblər. Radikal islamçılara qarşı keçirilən xüsusi reydlər zamanı kitablar və kompyuterlər götürülüb

Yerli media reydlər zamanı bir neçə nəfərin həbs edildiyini bildirir. Populyar B-TV kanalı silahlı polisin Pazarcıq şəhərindəki məscidə hücum edərək, musəlmanların lideri Əhməd Mussanı həbs etdiyini bildirib.

Milli Təhlükəsizlik üzrə Dövlət Agentliyinin bəyanatında deyilir ki, əməliyyatlar ölkədə zorakılığa, anti-demokratik ideologiya və təhriklərlə bağlı cinayətlərin istintaqının tərkib hissəsidir. Bəyanatda 40-dan çox evdə aparılan reydlər zamanı çox sayda sübut əldə edildiyi deyilib.

Agentlik və prokurorluq Pazarcıq, Plovdiv, Smolyan, Haskovo və Asenovqrad şəhərlərində keçirilən reydlər və həbs edilənlər barədə əlavə məlumat verməkdən imtina edib.

2000-ci ildə İslamı qəbul edən Əhməd Musa pravoslav xristianlar arasında radikal İslamı təbliğ etdiyinə görə mart ayında bir il müddətinə həbs cəzasına məhkum edilmiş və appelyasiya məhkəməsinə qədər həbsdən azad edilmişdi.

XS
SM
MD
LG