Accessibility links

Bulla-dənizdə yanğının söndürülməsinə hazırlıq işləri aparılır


Bulla-Dəniz qaz yatağında yanğın

Bulla-Dəniz qaz yatağında yanğın

Qaz yatağında avqustun 17-də yanğın başlayıb. Yataq Bakıdan 80 kilometr cənubda Xəzər dənizində yerləşir

“Bulla-dəniz” yatağındakı 90 saylı axtarış quyusunda yanğının söndürülməsinə hazırlıq işlər görülür. Qəzanın aradan qaldırılması üçün ARDNŞ-nin vitse-prezidenti Rəhman Qurbanovun sədrlik etdiyi komissiya iş aparır. Bu barədə Amerikanın Səsinə ARDNŞ-nin mətbuat xidmətindən bildiriblər.

Komissiya quyunun xilas edilməsi, ekoloji təhlükəsizliyin təmin edilməsi üçün proqram hazırlayıb. Bunun üçün ilk öncə qaz fontanın qarşısı alınacaq. Sıradan çıxmış qurğular bərpa edildikdən sonra alov söndürüləcək.

Mətbuat xidməti bildirir ki, alovun söndürülməsi çətin deyil. “Əsas məsələ quyunun xilas edilməsi və ekoloji təhlükəsizliyin təmin edilməsidir”.
ARDNŞ-nin məlumatına görə, 90 №-li kəşfiyyat quyusu “Bulla-dəniz” yatağının şimal-şərq qanadında 29 №-li özüldən məhsuldar qatın VIII horizontunun karbohidrogen potensialının qiymətləndirilməsi məqsədi ilə layihələndirilib.

Quyuda qazma işlərinə 2012-ci il noyabrın 6-da başlanıb (dənizin dərinliyi- 26,5 metr). 2013-cü il avqustun 17-də gecə saat 23 radələrində 5868 metr dərinlikdə qazma zamanı quyuda qaz təzahürləri müşahidə olunub. Qaz təzahürünün qarşısını almaq üçün qazma briqadası tərəfindən mümkün olan bütün tədbirlər görülüb. Buna baxmayaraq gecə 23:30-da quyu açıq qaz fontanına keçib və yanğın baş verib.

Yanğın hələ də davam edir.
XS
SM
MD
LG