Accessibility links

Bulla-Dənizdə yanğının söndürülməsi işləri davam etdirilir [Video]


Bulla-Dəniz qaz yatağında yanğın

Bulla-Dəniz qaz yatağında yanğın

Qaz yatağında yanğın avqustun 17-də başlayıb


Avqustun 17-də “Bulla-Dəniz” yatağındakı quyuda baş vermiş qəzanın aradan qaldırılması işləri hələ də davam etdirilir.

SOCAR-ın mətbuat xidmətinin məlumatına görə, aparılan əməliyyatlara şirkətin Təhlükəsizlik İdarəsinin Fontana qarşı Dağmədənxilasetmə Hərbiləşdirilmiş Hissəsinin və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri, habelə yanğınsöndürmə, kran və yedək gəmilərindən ibarət 11 gəmi cəlb olunub.

“Şirvan” kran gəmisi özülə yan alıb, 6 nəfərdən ibarət əməliyyat qrupu özülə qalxıb. Yanğın zamanı platformada qalan 3 ədəd 50 kubmetrlik məhlul çəni götürülərək gəminin göyərtəsinə qoyulub.

Məlumata görə, platformanın təmizlənməsi işləri bu gün davam etdirilir. Bu məqsədlə səhər saat 8:00-dan 4 ədəd “Vixr” tipli, habelə “Caspian Support “ və “Topaz Legenda” yanğınsöndürmə gəmiləri quyu ağzında su pərdəsi yaratmaq üçün əməliyyatlar keçirilən əraziyə dislokasiya olunub, quyunun ağzında su pərdəsi yaradılıb və “Şirvan” kran gəmisi təhlükəsizlik şəraitində işləməyə başlayıb.

Xatırladaq ki, yanğın təxminən 6 kilometr dərinlikdə qazma zamanı 90 nömrəli kəşfiyyat quyusunda baş verib. Həmin vaxt qaz açıq şəkildə fontan vurub və alışıb. Platformada olan işçilər evakuasiya edilib.

“Bulla-Dəniz” Bakıdan 80 kilometr cənubda açıq dənizdə yerləşir.
XS
SM
MD
LG