Accessibility links

Yanan quyunun avadanlıqları sökülür

“Bulla-Dəniz” qaz yatağında alovun söndürülməsi işləri davam edir. Bu barədə SOCAR-ın mətbuat xidməti məlumat yayıb.

Yanğınsöndürən gəmilər quyunun ağzında qoruyucu su pərdəsi yaradıldıqdan sonra hər biri 6 nəfərdən ibarət 2 operativ qrup özülə qalxaraq tam təhlükəsiz şəraitdə çalışıb.

Görülmüş işlərin nəticəsində quyudakı qazma avadanlığının 20%-ə yaxını demontaj olunaraq özüldən gəmilərə yüklənib və sahilə çıxarılıb.

Xatırladaq ki, yanğın avqustun 17-də başlayıb və indiyədək söndürülməyib.
XS
SM
MD
LG