Accessibility links

Bulla-Dəniz yatağında yanan quyu xilas edilib (yenilənib)


Bulla-Dəniz qaz yatağında yanğın (Foto təxminən 80 kilometr uzaqdan çəkilib)

Bulla-Dəniz qaz yatağında yanğın (Foto təxminən 80 kilometr uzaqdan çəkilib)

Quyuda yanğın hələ də davam edir

“Bulla-Dəniz” qaz yatağındakı 90 saylı quyuda qazma zamanı baş vermiş qəzanın aradan qaldırılması məqsədi ilə aparılan işlər davam etdirilir.

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətinin məlumatına görə, ARDNŞ-nin və ABŞ-ın “Halliburton” şirkətinin “BOOTS & COOTS” servis xidmətinin mütəxəssisləri bir yerdə özülə qalxıb, quyu ağzını təftiş edib. Xüsusi cihazlar vasitəsi ilə ölçü işləri aparılıb və quyudan çıxan qazın təqribən 2,5-3 milyon m3/gün həcmində olması müəyyən edilib.

ARDNŞ-nin və “BOOTS & COOTS” şirkətinin mütəxəssisləri tərəfindən qaz təzahürünün aradan qaldırılması və quyunun bağlanması istiqamətində məsləhətləşmələr aparılıb və birgə iş planı hazırlanaraq görülən işlərin ardıcıllığı təyin edilib. Bu məqsədlə ARDNŞ-nin Xəzər Dəniz Neft Donanmasına məxsus “Qurban Abbasov” kran gəmisində zəruri avadanlıqların quraşdırılması işləri görülür. Gəmi işə hazırlandıqdan sonra tərtib edilmiş plan əsasında fontanın bağlanması və qəzanın tam şəkildə aradan qaldırılması işləri yerinə yetiriləcək.

Qeyd etmək lazımdır ki, istifadə olunacaq quyu ağzı avadanlıqların bir hissəsi “Zabrat Maşınqayırma Zavodunda” hazırlanır.

“Bulla-Dəniz” yatağındakı qaz quyusunda avqustun 17-də qəza baş verib və yanğın başlayıb. Yanğın hələ də davam edir.

Qaz yatağı Bakıdan 80 kilometr cənubda açıq dənizdə yerləşir.

****
"Bulla-Dəniz" qaz yatağında baş vermiş qəzanın və yanğının aradan qaldırılması üçün texniki hazırlıq işlər görülür. Bu barədə Amerikanın Səsinə Azərbaycan Dövlət Nüft Şirkətindən (ARDNŞ) bildiriblər.

Sentyabrın 3-də ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev yerli mediaya bildirib ki, qaz quyusu xilas edilib.
“Bizim başlıca məqsədimiz quyunun xilas edilməsi və gələcək istismarıdır. Bu, çox dərin quyudur, böyük xərc və zəhmət çəkilib. Biz quyunu xilas edə bildik. Burada böyük kəşfiyyat quyularına da rast gəlmişik. Əsas odur ki, orada olan 62 nəfəri xilas edə bildik”, o qeyd edib.

Avqustun 17-də "Bulla-Dəniz" qaz yatağında 90 saylı quyuda baş verən qəza yanğına səbəb olub. Yanğın hələ də davam edir. Son günlər qəzanın aradana qaldırılması üçün intensiv işlər aparılır. Platformada olan avadanlıqlar təmizlənib.
XS
SM
MD
LG