Accessibility links

“Bulla-Dəniz” söndürülüb


Bulla-Dəniz qaz yatağında yanğın
Bulla-Dəniz qaz yatağında yanğın

Qaz yatağında yanğın avqustun 17-də başlayıb

“Bulla-Dəniz” yatağında açıq fontan baş vermiş 90 nömrəli quyu tam nəzarətə alınıb. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidməti məlumat yayıb.

Xəbərdə deyilir ki, ARDNŞ-nin və ABŞ-ın “BOOTS & COOTS” servis şirkəti mütəxəssislərinin birgə səyləri və yanğınsöndürən gəmilərin dəstəyi ilə oktyabrın 23-də “Bulla-dəniz” yatağındakı 90 nömrəli quyunun ağzında fontana qarşı avadanlıqların quraşdırılması, eləcə də quyunun nəzarətə götürülməsi üzrə aparılan əməliyyatlar uğurla başa çatdırılıb və yanğın söndürülüb. Hazırda quyudan atqı xətlərinin quyu monifolduna birləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Növbəti mərhələdə baş vermiş qəzanın tam aradan qaldırılması və quyudan çıxan məhsulun sistemə ötürülməsi təmin olunacaqdır.

“Bulla-Dəniz” qaz yatağı Bakıdan 80 kilometr cənubda açıq dənizdə yerləşir. Avqustun 17-də yataqda qazılan quyuda qəza yaranıb və yanğın baş verib.
XS
SM
MD
LG