Accessibility links

Azərbaycanın 35 rayonunda heyvanlar bünyavirus xəstəliyinə tutulub


Bünyavirus xəstəliyi

Bünyavirus xəstəliyi

Dövlət Baytarlıq Xidməti xəstəliyin insanlar üçün təhlükə törətmədiyini bildirir

Avqustun 28-də Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində Səhiyyə Nazirliyinin mütəxəssislərinin də iştirakı ilə “Heyvandarlıq sahəsində mövcud vəziyyət, bünyavirus ailəsinə məxsus virus xəstəliyinə qarşı aparılan müalicə-mübarizə tədbirləri, qarşıda duran vəzifələrə” həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Dövlət baytarlıq xidmətinin rəisi Sialə Rüstəmova bu il iyul ayının sonlarından başlayaraq xüsusən ölkənin aran rayonlarında xəstəliyin başlandığını deyib.

“35 rayonda heyvanların xəstəliyə yoluxduğu müəyyən edilib”.

Baytarlıq Xidməti xəstəliklə bağlı Beynəlxalq Epizotik Büroya müraciət edib.

S.Rüstəmova xəstə heyvanların müalicə olunduğunu və eyni zamanda bu xəstəliyin müalicəyə tabe olduğunu diqqətə çatdırıb.

“Bu virus mənşəli xəstəlik İngiltərə, Belçika, Almaniya, Fransa və bir çox Avropa ölkələrində yayılıb, insanların qidalanması üçün heç bir təhlükə mənbəyi deyil və insanların narahatçılığına heç bir əsas yoxdur”, Dövlət Baytarlıq Xidmətinin rəhbəri bildirib.

Nazir İsmət Abasov xəstəliyin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinin vacibliyini bildirib.

Nazir həmçinin baytarlıq və heyvandarlıq sahəsində çalışan mütəxəssislərin yerlərə ezam olunmasını və bu məqsədlə əhalinin maarifləndirilməsi barədə göstəriş verib.

Kollegiyada Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Dövlət Baytarlıq Təchizatı Birliyinə daxili vəsait hesabına alınmış 15000 kiloqram dezinfeksiyaedici maddə - kaustik sodanın qısa zamanda yerlərə çatdırılması barədə tapşırıq verilib.
XS
SM
MD
LG