Accessibility links

Türkiyə yeni baş naziri Azərbaycanda səfərdədir


İlham Əliyev və Binəli Yıldırım

İlham Əliyev və Binəli Yıldırım

Türkiyənin baş naziri Binəli Yıldırım iyunun 3-də Azərbaycana rəsmi səfərə zamanı prezident İlham Əliyevlə görüşüb.

Görüşdə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişafından danışılıb.

Baş nazir Binəli Yıldırım Azərbaycana səfərinin əlaqələrin daha da genişləndirilməsinə töhfə verəcəyini qeyd edib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, iqtisadi əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Türkiyə baş naziri ilk səfərini Kiprə və Azərbaycana edib.

XS
SM
MD
LG