Accessibility links

Bürc-Xəlifə sakinləri iftarlarını daha gec açacaqlar

  • Amerikanın səsi

Bürc-Xəlifə sakinləri iftarlarını daha gec açacaqlar

Bürc-Xəlifə sakinləri iftarlarını daha gec açacaqlar

Dubayda Dünyanın ən hündür qülləsi olan Bürc-Xəlifə sakinlərinə Ramazan ayında iftarı digərlərindən daha gec açmaq tövsiyə edilib. Şəhərin yüksək səviyyəli din xadimləri 828 metrlik binanın 80-ci mərtəbəsi ilə 150-ci mərtəbəsi arasında yaşayan sakinlərin iftarı 2 dəqidə gec, 150-ci mərtəbədən yuxarıda yaşayanların isə 3 dəqiqə gec açmalı olduqlarını deyirlər.

Müsəlman dindarlar iftarın günəşin batmasından sonra açılmalı olduğunu deyirlər. Bürc-Xəlifə çox yüksək olduğu üçün günəş güruba enərkən sakinlər onu uzun müddət görə bilirlər.

.

XS
SM
MD
LG