Accessibility links

"Çadralı qisasçı": Pakistanda yeni cizgi filmi qızların təhsilini təşviq edir [Video]


"Çadralı qisasçı"
please wait
Embed

No media source currently available

0:00 0:03:16 0:00

"Çadralı qisasçı"

Pakistanda bu ay uşaqlar üçün yeni cizgi filmi ekranlara çıxıb-“Çadralı Qisasçı”. Cizgi filminin yaradıcısı pop ulduz Harun Rəşiddir. Bu, ölkədə uşaqlar üçün ilk mini tele serialdır.

Cəld, ağıllı, yenilməz Çadralı Qisasçı. Ciya yumşaq təbiətli məktəb müəllimidir, amma gecələr o, nindza kimi uçan maskalı super qəhrəman olur və iblis qüvvələrı qarşı mübarizə aparır.

Cizgi filminin yaradıcısı Pakistanın pop ulduzu Harun Rəşiddir.

Harun Rəşid:”Hər epizod uşaq əməyi, ayrı-seçkilik, mövhumat, qiraətin əhəmiyyəti, qızların təhsili kimi bizim Pakistanda qarşılaşdığımız müxtəlif sosial məsələlərə toxunur. Əsas ideya ondan ibarətdir ki, biz həm insanları əyləndirmək, onları güldürmək istəyirdik, eyni zamanda, uşaqlara müsbət sosial mesajlar çatdırmaq.”

Harun Raşid deyir ki, "Çadralı Qisasçı" xarici cizgi filmlərinə baxa-baxa böyüyən uşaqlara indi öz xarakterlərini tanımaq kimi ilk imkan verir.

Cizgi filminin qəhrəmanı Ciya urdu dilində danışır, ənənəvi enli şalvar və üstündən don geyir, axşamlar isə pis adamlara qarşı mübarizəyə çıxanda özünü qara çadraya bürüyür.

Tənqidçilər cizgi filminin qəhrəmanının köməyə gələndə çoxlarının əsarət simvolu hesab etdiyi çadra geyməsini tənqid edib. Varda Nur filmin tamaşaçısıdır. “Bu, çadra geyinib cinayətkarlara qarşı mübarizə aparan qadındır. Nəy görə də olmasın? Bu, çadra üçün yaxşı imicdir.”

Cizgi filmində Talibanın adı çəkilmir. Amma burada Baba Banduk kimi mənfi xarakter var. Bir epizodda o, qızların təhsil aldığı məktəbləri bağlamaq istəyir. Başqa bir epizodda isə o, odsaçan silahla çərpələngləri məhv etməyə çalışır.

Yeniyetmə Məryəm Əkrəm və onun kiçik qardaşı cigi filmini çox sevirlər. “O döyüşəndə çox gözəl olur, çünki onun əsas silahı qələm və kitabdır, buna görə də onun bu silahlarla döyüşünə tamaşa etməyi sevirəm.”

Avqust ayında ekranlara çıxan cizgi filmi artıq iPhone və sosial mediada yayılmağa başlayıb. Filmin müvəfəqiyyəti ssenari müəllifi Adel Abdulla da daxil olmaql, “Çadralı Qisasçı” nın 35 nəfərdən ibarət yaradıcı kollektivi üçün əsl sürpriz olub. Adel Abdulla: “Fenomenal oldu. Həyəcandan daha çox bir inamsızlıqvar idi, çünki bu, mən olmaya da bilərdim, kimsə başqa bir adam bunu yaza bilərdi, ya da filmi başqaları yarada bilərdilər, belə bir imkanın olması ağla gəlmirdi, amma çox sevinirəm ki, biz bunu edə bilmişik.”

Cizgi filminin yaradıcıları onu beynəlxalq auditoriyaya nümayiş etdirmək üçün artıq ingilis dilində epizodları hazırlamağa başlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG