Accessibility links

Fransa Ali Məhkəməsi "burkini qadağası"nı ləğv etdi [Yenilənib]


Fransanın Ali İnzibati Məhkəməsi beynəlxalq mübahisələrə səbəb olan “burkini” çimərlik geyimini qadağan edən qərarın ləğvinə dair qərar çıxarıb.

Bu gün açıqlanan qərarın Fransanın 30 şəhərində tətbiq ediləcəyi gözlənilir.

Fransız Rivierası daxil olmaqla bir sıra sahilyanı şəhərlər bəzi müsəlman qadınların geyindikləri bütün bədəni örtən çimərlik geyimlərini Fransanın dünyəvilik qanunlarına zidd olduğuna əsaslanaraq qadağan ediblər.

Məhkəmənin bu gün açıqladığı qərarında deyilir ki, Villeneuve-Loubet şəhərinin burkini qadağası "ciddi və aydın şəkildə qeyri-qanunidir və bu, insanların sərbəst, hərəkət etməyə dair fundamental azadlığı ilə yanaşı, dini və fərdi azadlıqlarını da pozur".

Məhkəmənin bu gün açıqladığı qərarında deyilir ki, Villeneuve-Loubet şəhərinin burkini qadağası "ciddi və aydın şəkildə qeyri-qanunidir və bu, insanların sərbəst, hərəkət etməyə dair fundamental azadlığı ilə yanaşı, dini və fərdi azadlıqlarını da pozur".

Bu qadağa son 20 ay ərzində Paris, Nitsa və digər yerlərdə islamçı militantların törətdiyi hücumlardan sonra bir çox fransızın ictimai təhlükəsizliklə bağlı narahatlıq ifadə etməsindən sonraya təsadüf edir.

Burkini
Burkini

Fransa İnsan Haqları Liqası qızğın mübahisələrə səbəb olan bu qadağaya qarşı iddia irəli sürüb. Qrup iddia edir ki, qadınlar Fransa çimərliklərində istədiklərini geyinmək azadlığına sahib olmalıdırlar.

Rəy sorğularına əsasən, qadağa kütlə tərəfindən dəstəklənir, amma bu qadağanın tətbiq edilib-edilməyəcəyinə məhkəmə qərar verəcək.

“Mən burkininin Fransa çimərliklərində və hovuzlarında geyinilməsinə qarşıyam…Bütün respublika ərazisində bunu qadağan edən bir qanun olmalıdır,” deyə 2017-ci il prezident seçkisi üçün keçirdiyi ilk seçki kamapniyası zamanı sabiq prezident Nikola Sarkozi bildirib.

Təhlükəsizlik və immiqrasiya prezident seçki kampaniyasının diqqət mərkəzindədir və Sarkozi sağçı seçiciləri radikal ictimai asayiş platforması ilə cəlb etməyə çalışır.

Çərşənbə günü Fransa Müsəlmanlar Şurasının başçısı ilə görüşəndən sonra Fransanın daxili işlər naziri Bernard Kazenöv müsəlmanları damğalamamaqla bağlı xəbərdarlıq edib.

“Dünyəviliyin təmin olunması və bu qadağaların tətbiq edilməsi ehtimalı Fransa xalqı arasında damğalama və düşmənçiliyə yol açmamalıdır,” deyə Kazenöv bildirib.

Birləşmiş Ştatlarda, Dövlət Departamenti Fransaya səfər edənləri yerli qanunlara tabe olmağa çağırıb.

Nikola Sarkozi, sabiq Fransa prezidenti
Nikola Sarkozi, sabiq Fransa prezidenti

Çərşənbə günü müxbirlər önündə çıxış edən sözçü Elizabet Trudo deyib ki, “onlar bilmədən belə yerli qanunları pozsalar, deportasiya edilə, polis tərəfindən saxlanıla və hətta həbs edilə bilərlər.”

ABŞ Fransada müsəlmanların geyimlərinə qarşı görülən tədbirlərlə bağlı narahatlığını ifadə edib.

Cümə axşamı etirazçılar Londonda Fransa səfirliyi önündə qadağa əleyhinə nümayiş keçiriblər. Azı 35 müsəlman və qeyri-müsəlman qadın çimərlik qonaqlığı keçirib. Onlar bikini və burkini geyinib, “İslamofobiya azadlıq deyil” süarı yazılan plakatlar nümayiş etdiriblər.

“Bir qadına nəyi geyinməli olduğunu demək doğru deyil. Bunu heç bir kişi deyə bilməz,” deyə çimərlik qonaqlığının təşkilatçılarından İndia Toroquid Reuters xəbər agentliyinə bildirib və qrupun Fransadakı müsəlman qadınlara həmrəylik göstərmək istədiklərini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG