Accessibility links

Burkino Fasoda baş tutmayan çevrilişə rəhbərlik edən general Burkino Faso hökumətinin devrilməsini dəstəkləyən digər yüksək səviyyəli rəsmilərlə qarşı rəsmi ittiham irəli sürülüb.

General Qilbert Diendere və sabiq xarici işlər naziri Djibril Bassoleyə qarşı dünən dövlət təhlükəsizliyinə hücum ittihamı irəli sürülüb.

General Diendere təxminən bir həftə hakimiyyətə nəzarət edə bilib. Daha sonra isə o, ordunun təzyiqi və ECOWAS Qərbi Afrika blokunun nümayişləri nəticəsində hakimiyyətdən getməyə məcbur edilib.

Diendere ötən həftə paytaxt Ouaqadouqouda rəsmilərlə danışıqlardan sonra təslim olub.

Baş tutmyan çevriliş zamanı Dienderenin elit prezident qvardiyasında qüvvələri prezident, baş nazir və bir sıra digər kabinet üzvlərini həbs etmişdi.

Qvardiya hazırkı hökumətin sabiq prezident Blaise Kompaorenin qarşıdan gələn prezident seçkilərində iştirakına qadağa qoymasından narazıdır.

Kompaore prezidentlik müddətini 27 il uzatmaq istəyərkən ötən ilin oktyabrında üsyan nəticəsində hakimiyyətdən devrilmişdi. O zaman xarici işlər naziri vəzifəsində çalışan Bassole üsyanla hər hansısa əlaqəsi olduğunu inkar etmişdi.

Burkino Fasoda oktyabrın 11-i prezident və parlament seçkilərinin keçirilməsi planlaşdırılır.

XS
SM
MD
LG