Accessibility links

Müsəlmanların Birmanın Ranqun şəhərindəki İslam Mərkəzində 13 uşağın ölümü ilə nətcələnən yanğının ola bilsin qəsdən törədildiyini deməsindən sonra təhqiqata başlandığı bildirilir.

Hökumətin 7 nəfərdən ibarət komissiya üzvü çərşənbə axşamı elektrik problemi üzündən baş vediyi deyilən yanğının səbəblərini araşdıracaq.

Hökumət təhqiqatın nəticələrinin çümə günü açıqlanacağını bildirib. Yerli rəsmilər isə yanğının məsuliyyətini daşıyan iki məscid işçisinin hadisə zamanı yatdıqlarına görə günahlandırıb.
XS
SM
MD
LG