Accessibility links

Birma polisinin bildirdiyinə görə, Rangun şəhərindəki məsciddə baş verən yanğın zamanı 13 uşaq ölüb. Yanğın baş verərkən məsciddəki məktəbdə 70-dən çox insan yatırmış. Qonşuluqda yaşayanlar qurbanların yetim uşaqlar olduğunu deyirlər.

Rəsmilər ölən uşaqların 13-14 yaşlarında olduğunu, pəncərələrin dəmir barmaqlıqlarla bağlı olduğu üçün qaça bilmədiklərini, yanğının isə pilləkənlərin yanındakı elektrik tənzimləyicisində baş verdiyini deyirlər.
XS
SM
MD
LG