Accessibility links

Birma müxalifətinin lideri anım mərasimində iştirak edib

  • Amerikanın səsi

Birma müxalifətinin lideri anım mərasimində iştirak edib

Birma müxalifətinin lideri anım mərasimində iştirak edib

Birma müxalifətinin lideri Aunq San Syu Kyu 1988-ci ildə hərbi idarəçiliyə qarşı üsyanda həlak olanların xatirəsinə həsr edilmiş anım mərasimində iştirak edib. Mərasim 8.8.88 adı ilə tanınan üsyanın 23-cü ildönümünə həsr edilib. Aunq San Syu Kyu məhz o zaman Birmada demokratik hərəkatın lideri olmuşdu. Bugünkü mərasimdə çıxışında o, hökumətin üsyanı dağıtması nəticəsində həlak olmuş 3 min insanı unutmamağa çağırıb. İnsan hüquqları qrupları hadisələrin ildönümü Birma liderlərinin bnələriyyətə qarşı cinayətlərinin araşdırılması üçün beynəlxalq komissiyanın təşkili çağırışlarını gücləndirib. Nobel Sülh mükafatı laureatı hərbi hökumətin bütün siyasi fəaliyyətlərin qarşısının alınacağı haqda xəbərdarlığına baxmayaraq, dünən bildirib ki, o gələn həftə siyasi məqsədlə Ranqun yaxınlığında Baqo şəhərinə səfər edərək, iki kitabxanının açılışında iştirak edəcək və siyasi şəbəkəyə daxil olan qruplarla görüşəcək.

XS
SM
MD
LG