Accessibility links

Birləşmiş Millətlər Təşkilatının insan haqları nümayəndəsi Birmada dini zəmində baş verən gərginliklərə görə bu ölkəyə səfər edib.

Məruzəçi Tomas Oji Kintananın Rakin ştatına 11 günlük səfəri dünən - müsəlman balıqçı Rohinqyanın cəsədini əldə etməyə çalışan etirazçılara polisin atəş açmasından bir neçə gün sonra başlayıb.

İnsident zamanı 1 nəfər ölüb, ondan çox insan isə yaralanıb. Əhalisinin əksəriyyətini buddistlər təşkil edən ölkədə bir ildən artıqdır ki, dini zəmində zorakılıqlar baş qaldırıb.

İnsidentlər zamanı çoxu müsəlman azlığın nümayəndəsi olmaqla 250-dən çox insan həlak olub, 140 min insan isə evlərindən didərgin düşüb.
XS
SM
MD
LG