Accessibility links

Bursaspor ilk xalını qazanmağa çalışacaq


Bursaspor ilk xalını qazanmağa çalışacaq
Bursaspor ilk xalını qazanmağa çalışacaq

Avropa Çempionlar Liqasında bu gün beşinci turun son oyunları baş tutacaq

Bu gün Avropa Çempionlar Liqası qrup oyunlarında beşinci tur çərçivəsində növbəti səkkiz oyun keçiriləcək.

A qrupunda yeddi xalla İngiltərənin Tottenhem və İtaliyanın İnter klublarının birinci yeri bölüşür. Hollandiya təmsilçisi Twente 5 xala, Almaniyanın Verder Bremen klubu isə 2 xala malikdir. Bu qrupda bütün komandaların növbəti mərhələyə adlamaq şansı var. Belə ki, bu gün A qrupunda İnter-Twente və Tottenhem-Bremen oyunları baş tutacaq.

B qrupuna nəzər saldıqda söyləmək olar ki, növbəti mərhələyə adlayan klublardan biri 9 xala malik Lion (Fransa) klubudur. Almaniyanın Şalke 04 komandasının 7, Benfikanın (Portuqaliya) 6, şanslarını demək olar ki itirmiş İsrail təmsilçi Hapoel Təl Əviv komandasının isə 1 xalı var. Qrup çərçivəsində bu gün Hapoel Təl Əviv Benfika ilə, Almaniya təmşilçisi isə qrup lideri ilə qarşılaşacaq.

C qrupunda mübarizə aparan Türkiyə təmsilçisi Bursaspor arxada qalan 4 turda xal qazana bilməyib. Bu il ilk dəfədir Avropa Çempionlar liqasına qoşulan Bursaspor bu gün İspaniyada Valensiya ilə oyundan xal qazanmağa çalışacaq. 10 xalla qrup lideri olan və növbəti mərhələni təmin edən Mançester Yunayted bu gün Rangerslə (Şotlandiya) qarşılaşacaq. Şotlandiya təmsilçisi hazırda 5 xalla qrup üçüncüsüdür.

D qrupu çərçivəsində də bu gün iki oyun baş tutacaq. 3 xalla qrup üçüncüsü olan Rubin Kazan 7 xala malik FC Kopenhagen (Danimarka) ilə qarşılacaq. Qrup lideri İspaniya təmsilçisi Barselona (8 xal) iki xalla sonuncu yerdə qərarlaşan Panatinaikosun (Yunanıstan) qonağı olacaq. Bu qrupda Barselona və FC Kopenhagenin Çempionlar Liqasında, Rusiya təçsilçisinin isə Avropa Liqasında mübarizəni davam etdirəcəyi yüksək qiymətləndirilir.

E, F, G, H qruplarında 5-ci turun oyunları dünən keçirilib. Oyunların nəticələrini sizə təqdim edirik.

E Qrupu

Basel (İsveçrə) 1 - 0 Cluj (Rumıniya)

Roma (İtaliya) 3 - 2 Bayern Münih (Almaniya)

F Qrupu

Çelsi (İngiltərə) 2 - 1 Zlina (Slovakiya)

Spartak (Rusiya) 0 - 3 Marsel (Fransa)

G Qrupu

Oser (Fransa) 0 - 2 Milan (İtaliya)

Ayaks (Hollandiya) 0 - 4 Real Madrid (İspaniya)

H Qrupu

Partizan (Serbiya) 0 - 3 Şaxtyor (Ukrayna)

Braga (Protuqaliya) 2 - 0 Arsenal (İngiltərə)

E qrupunda Bayern Münih, F qrupunda 100 faizli nəticəylə Çelsi, G qrupunda isə Real Madrid artıq növbəti mərhələyə adlayıb. H qrupundan isə Donetskin Şaxtyor klubunun, eləcə də Arsenal (İngiltərə) və Braganın (Portuqaliya) növbəti mərhələyə adlamaq şansı var.

XS
SM
MD
LG