Accessibility links

Burundidə qarşıdurmalar davam edir


BMT-nin Təhlükəsiz Şurası vəziyyətlə bağlı fövqəladə iclas keçirməlidir

Burundi prezidenti Pyer Nkurunzizanın xaricdə ölkədəki siyasi böhranı müzakirə etmək üçün regional sammitdə iştirak etdiyi vaxt çevriliş cəhdindən sonra Burundidə qarşıdurmalar artıb.

Bu gün Bucumburanın mərkəzində güclü parlayış səsləri eşidilib. Gündəlik siyasi etirazlar rəqib siyasi qruplar arasında qarşıdurma yaradıb.

BMT-nin Təhlükəsiz Şurası ölkədəki böhranla bağlı fövqəladə iclas keçirməyə hazırlaşır.

BMT-nin baş katibi Ban Gi Mun Burundi xalqını sakitliyə və təmkin nümayiş etdirməyə çağırıb.

Çərşənbə günü ordu generalının çevrilişelan etməsindən sonra insanlar Burundinin paytaxtı Bucumburada şənlik təşkil ediblər.

Silahlı qüvvələrin başçısı general Praym Niyonqabo dövlət çevrilişinin qarşısının alındığını desə də, çevrilişi dəstəkləyənlər bu xəbərin yalan olduğunu deyirlər.

Prezidentin harada olduğu məlum deyil. Fransa xəbər agentliyi isə onun Tanzaniyada naməlum bir yerdə olduğunu xəbər verib.

Şərqi Afrika liderləri çevrilişi qınayıb və Burundinin iyunun 26-na təyin edilən prezident seçkilərinin təxirə salınmasını təklif edib.

Eyni zamanda Ağ Ev region liderlərinin ölkədə sülh və birliyin bərpa olunması səylərini dəstəkləyib və tərəfləri silahları yerə qoymağa çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG