Accessibility links

Quatemalada avtobus 200 metr hündürlükdən çaya düşüb


Quatemalanın şimal-qərbində avtobus qayadan dərin çaya düşərək təxminən 44 nəfərin ölümünə səbəb olub.

Hadisə zamanı 46 nəfər xəsarət alıb.

Xilasetmə dəstələri cəsədləri çayın üzərindən aparılan kəndir vasitəsilə bir-bir xərəklərlə çıxarmalı olub.

Rəsmilər 54 sərnişin üçün nəzərdə tutulan avtobusda təxminın 90 nəfərin olduğunu deyib.

Həlak olanlar arasında üç körpə uşağın da olduğu deyilir.

Avtobusun sürücüsünün San Martin Cilotepeque şəhərində, aşırım yollarda idarəni itirməsi üzündən avtobusun qayadan 200 metr aşağıda olan çaya düşdüyü ehtimal edilir.

Bu ərazi əsasən palçıqlı yollardan ibarətdir. Bu yollarda səki və ya digər təhlükəsizlik hədləri yoxdur.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG