Accessibility links

ABŞ-ın keçmiş prezidenti Corc Buşun memuar kitabı gələn həftə çapdan çıxır


ABŞ-ın keçmiş prezidenti Corc Buşun memuar kitabı gələn həftə çapdan çıxır
ABŞ-ın keçmiş prezidenti Corc Buşun memuar kitabı gələn həftə çapdan çıxır

ABŞ-ın keçmiş prezidenti Corc Buş memuar kitabında 2004-cü il seçkilərindən öncə vitse-prezident Dik Çeynini vəzifədən kənarlaşdırmağı düşündüyünü yazır. Nyu York Times qəzeti sabiq prezidentin gələn həftə işıq üzü görəcək Decision Points (Qərar verdiyim anlar) adlı xatirələr kitabının nüsxəsini əldə edib. Burada deylir ki, cənab Buş Ağ Evdə Dik Çeyninin olduqca böyük nüfuza malik olduğuna dair formalaşmış fikri dağıtmaq üçün birinci dönəm hakimiyyətinin sonunda onu əvəz etmək üzərində düşünürmüş. Cənab Buş yazır ki, Çeynini əvəz etməklə o, işlərə görə onun özünün məsuliyyət daşıdığını nümayiş etdirmək istəyib, lakin sonra vitse-prezidentin ona böyük kömək etdiyini düşünərək, bu fikirdən daşınıb. Cənab Buş həmçinin Çeyninin İraq müharibəsinə başlamağın qızğın tərəfdarı olduğunu yazır. Keçmiş prezident yazır ki, Çeyni bri dəfə nahar vaxtı üzünü ona tutub, ondan İraq diktatoru Səddam Hüseyni hakimiyyət salmaq istəyib –istəmədiyini soruşub. Corc Buş İraq müharibəsini dəstəkləyərək, yazır ki, bu qərar həm Amerika, həm də İraq xalqının maraqlarına xidmət edib. Cənab Buşun memuarları onun həyatı və prezidentliyinin mühüm məqamlarını əhatə edir.

XS
SM
MD
LG