Accessibility links

Corc Buşun vəziyyətinin sabit olduğu deyilir


92 yaşlı sabiq prezident xəstəxanada nəzarət altındadır

Ailənin sözçüsü Cim Makqreyt istinadən bildirilir ki, Birləşmiş Ştatların sabiq prezidenti Corc H. W. Buş nəfəs sisteminin tənzimlənməsi üçün Texas ştatının Hyuston şəhərindəki xəstəxananın reanimasiya şöbəsinə keçirilib. Sözçü cənab Buşun vəziyyətinin sabit olduğunu və nəzarət altında saxlandığını deyib.

Cim Makqreyt onu da əlavə edib ki, prezidentin həyat yoldaşı, sabiq birinci xanım Barbara Buş da yorğunluq və öskürək səbəbilə çərşənbə günü həmin xəstəxanaya aparılıb.

Birləşmiş Ştatların 41-ci prezidenti keçən şənbə günü nəfəs daralması səbəbindən xəstəxanaya yerləşdirilib. Ailənin sözçüsü 92 yaşlı Buşun kəskin nəfəs probleminin olduğunu və ona pnevmaniya diaqnozu qoyulduğunu bildirib.

Sonuncu mətbuat konfransı zamanı vəzifəsi başa çatan prezident Barak Obama Ağ Evin Buş ailəsi ilə əlaqədə olduğunu deyib. "Onlar nəinki həyatlarını bu ölkəyə həsr edib, onlar eləcə də mənə və Mişel üçün yaxşı dost və məsləhətkeş olub." deyə, cənab Obama bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG