Accessibility links

Belçikada mühacirət əleyhinə nümayişlər keçirilib


Belçikanın iğtişaş polisi mühacirət əleyhdarı olan sağçı partiyanın üzvlərindən ibarət nümayişi dağıtmaq üçün supüskürən vasitələrdən istifadə ediblər.

Nümayişçilər bazar günü Brüsselin mərkəzində ölkə tarixində ən dəhşətli terror hücumunun qurbanlarını anan kütlə qarşısına çıxıb.

Şəhər meydanından keçən fəallar mühacirlərin əleyhinə şüarlar səsləndirib və nasist atəşfəşanlığı keçirib.

Bura bu əməllər üçün düzgün məkan, düzgün məqam deyil. Onlar bura ara qatmaq üçün gəliblər.
Valastlo Agatino, Liej sakini

Meydanda olan insanlar nümayişçilərin törətdiyi zorakılığın əsasən söyüş, qarşıdurma və butulkalar atmaq kimi hallardan ibarət olduğunu deyib.

Ötən həftə koordinasiya edilmiş üç fərqli terror hücumlarında 30-dan çox insan ölmüş, 300 nəfər yaralanmışdır. Partlayışlar şəhərin hava limanı və Avropa Birliyinin baş qərargahının yaxınlığında yerləşən metro stansiyasında baş verib.

Terror hücumunu planlaşdıranların bir neçəsi hələ də azadlıqdadır.

Brüssel polisi şəhərin içində və ətrafında 13 yeni reyd keçirib. Reydlər zamanı 9 nəfər terror hücumu ilə əlaqə barədə sual-cavab edilmək üçün saxlanılıb. Federal prokuror onlardan beşinin bir qədər sonra azad edildiyini bildirib.

XS
SM
MD
LG