Accessibility links

Elm

50 faiz yanacağa qənaətcil buxar mühərriki [Video]


Ola bilsin ki, buxar mühərrikli avtomobillər tarixin arxivinə qovuşmaqdadır. Ancaq ekspertlər deyir ki, elektriklə işləyən avtomobillərin bazarı ələ almasına hələ çox var. Benzin və dizellə işləyən avtomobillər daha səmərəli işləyəcək və ətraf mühiti az çirkləndirəcək. ABŞ Enerji Departamentinin ayırdığı 9 miliyon qrant sayəsində Birləşmiş Ştatlarda yerləşən bir şirkət köhnə texnologiya konseptindən istifadə edərək adi mühərriklər qədər güclü və 50 faiz yanacağa qənaətcil qüdrətli maşın düzəltməyi planlaşdırır.

Bu kiçik mühərrikin sanki üç porşini var. Əslində isə altı dənədir və sadəcə üç silindri paylaşır.

Təkmilləşdirilmiş texnologiyanın sayəsində Kaliforniyada yerləşən Açates Pover şirkəti İkinci Dünya Müharibəsindən sonra istehsalı dayanan əks porşinli mühərrikə yeni həyat verib.

Fabien Redon: “Əks porşinli mühərrikin köməyi ilə siz geniş həcimli mühərrikin səmərəliyini artıra bilərsiz.”

Əks porşinli mühərrik ayrı yağ axını olan iki vurğulu mühərrikdir. Onun silindr qapağı və klapanı yoxdur. Hər iki mənbə adi buxar mühərriklərində istilik və gücün itməsinə səbəb olur.

İki porşin bir-birlərinə tərs itiqamətdə hərəkət edir. Yanacaq-hava qarışığını sıxır və bu porşinləri bir-birindən itələyərək enerji meydana gətirir.

İşlənmiş qaz silindirin divarlarından yoxa çıxır.

Adi mühərrik hissələrini ayırdıqdan sonra buxarla işləyən mühərriklər həm ucuz və həm də asan yığılır.

Geniş həcimli əks porşinli mühərriklər hərbi sənayedə uzun müddət istifadə edilib. Lakin bunun avtomobillər üçün düzəldilməsi asan olmayıb.

Fabien Redon: “Buxarlı mühərrikləri qurmağın öz çətinlikləri və zəif tərəfləri var. Çünki ona yanacağı alışdırmaq üçün buxar palatasının içində müəyyən temperatur olmalıdır.”

Açates Pover şirkəti Arqonn Milli Labaratoryası və Delfi Avtomatlaşdırma şirkəti ilə birlikdə çətinliklərin öhdəsindən gələcəyinə inanır. Təxminlərə görə, 50 faiz səmərəli, üç litr və üç silindrli mühərriklərə malik avtomobil və yük maşınları 2018-ci ilədək görəcəyik.

XS
SM
MD
LG