Accessibility links

BVF: İqtisadi artım tempi azalıb, cari hesabın profisiti heçə enib


BVF Serbiyaya iri məbləğdə kredit verəcək

BVF Serbiyaya iri məbləğdə kredit verəcək

Azərbaycan və BVF işçi heyəti iqtisadi siyasət məsələləri müstəvisində yaxından dialoq aparmaq və texniki yardımı artırmaq baxımından razılığa gəlib. Bu barədə Azərbaycan Maliiyə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl Qorçinin rəhbərlik etdiyi işçi heyət yanvarın 28-dən fevralın 3-dək Bakıda faktaraşdırıcı məqsədli, habelə texniki yardım müstəvisində əməkdaşlıq sahələrinin müzakirəsi məqsədini daşıyan səfərdə olub və səfərin sonunda M.əl Qorçi bəyanat yayıb.

Bəyanatda deyilir ki, Azərbaycan iqtisadiyyatı, xüsusilə neft qiymətlərinin gözəçarpan dərəcədə aşağı düşməsi, iqtisadi artımın əhəmiyyətli dərəcədə səngiməsi və ticari tərəfdaş olan ölkələrin milli valyutalarının dəyərdən düşməsi nəticəsində, mənfi şoklar silsiləsinə məruz qalıb: "İqtisadi artım tempi 2015-ci ilin birinci yarısında yüksək oldu, lakin ilin ikinci yarısında azaldı, cari hesabın profisiti isə heçə enib".

"Rəsmi orqanlar kənardan pisləşən mühitə qarşı bir sıra cavabtədbirlərini görüb. Ehtiyatda olan vəsaitin azaldığı və kənar şokların bərkidiyi şəraitdə Azərbaycan Mərkəzi Bankı manatı devalvasiyaya uğradıb və idarə olunan üzən məzənnə rejiminə buraxıb. Devalvasiya rəqabət qabiliyyətini artırmağa kömək edib. Bundan sonra, AMB məzənnə çevikliyinin genişlənməsinə şərait yaradıb, ölkədən kapital axınının qarşısını almaq üçün tədbirlər görüb və bəzi problemli bankların birləşməsi və ləğvinə başlayıb. Eyni zamanda, hökumət fiskal siyasəti azalan neft gəlirləri şəraitinə uyğunlaşdırmağa başlayıb. Gəlir yaratma istiqamətində yeni fiskal tədbirlərinin tətbiqi ilə yanaşı, keçmişdə neft qiymətinin kəskin artması nəticəsində həcmi sürətlə genişlənmiş dövlət investisiya qoyuluşu daralmağa başlayıb. Əlavə olaraq, aztəminatlı əhali təbəqələrini müdafiə etmək üçün yaşa görə pensiya və ünvanlı sosial yardımın məbləği artırılıb. Nəhayət, işgüzar mühiti yaxşılaşdırmaq üçün bir sıra prioritet struktur islahatları elan edilib", - deyə bəyanatda vurğulanır.

"Gələcəyə baxdıqda, iqtisadi artım və tədiyə balansı üzərindəki təzyiqlər, yaxın gələcəkdə, rəsmi orqanların üzləşdiyi əsas çağırışlar olaraq böyük ehtimalla davam edəcək. Bununla belə, Azərbaycanın əhəmiyyətli həcmdə ehtiyat vəsaitini nəzərə aldıqda, habelə iqtisadi siyasətlə bağlı cavab tədbirlərinin daha da gücləndiriləcəyi təqdirdə, rəsmi orqanlar yaranmış çağırışların öhdəsindən gəlmək üçün yaxşı mövqeyə malikdir. İqtisadi siyasət prioritetlərinə çoxillik fiscal konsolidasiya planının hazırlanması və əvvəlcədən açıqlanması, çevik məzənnə rejiminə keçidə kömək etmək üçün pul siyasəti çərçivəsinin möhkəmləndirilməsi, maliyyə sektoru və nəzarətin gücləndirilməsi və iqtisadiyyatı daha çox şaxələndirmək naminə struktur islahatlarının həyata keçirilməsi daxildir. Bu mənada, biz hökumətin layihələrin səmərəliliyinə daha çox diqqət yetirməklə, 2016-cı ildə dövlət investisiya xərclərini daha davamlı səviyyəyə doğru əlavə olaraq azaltmaq niyyətini dəstəkləyirik. Rəsmi orqanlar və BVF işçi heyəti iqtisadi siyasət məsələləri müstəvisində yaxından dialoq aparmaq və texniki yardımı artırmaq baxımından razılığa gəlib”.

XS
SM
MD
LG