Accessibility links

Bəxtiyar Hacıyevin həbsi barədə gənc fəalın qardaşı Amerikanın səsinə danışıb (Audio)


Bəxtiyar Hacıyevin həbsi barədə gənc fəalın qardaşı Amerikanın səsinə danışıb (Audio)
Bəxtiyar Hacıyevin həbsi barədə gənc fəalın qardaşı Amerikanın səsinə danışıb (Audio)

Prokurorluq orqanları Bəxtiyar Hacıyev barəsində Cinayət Məcəlləsinin hərbi xidmətdən boyun qaçırma maddəsi ilə cinayət işi başlayıb və o bir neçə ay öncə polisin nəzarətinə verilib

Bu gün Gəncə şəhər Nizami rayon məhkəməsi keçmiş deputatlığa namizəd Bəxtiyar Hacıyev barəsində bir ay həbs qəti imkan tədbiri seçib. Bu barədə Amerikanın Səsi radiosuna vəkil Səadət Seyidli bildirib.

Onun sözlərinə görə, prokurorluq orqanları Bəxtiyar Hacıyev barəsində Cinayət Məcəlləsinin hərbi xidmətdən boyun qaçırma maddəsi ilə cinayət işi başlayıb və o, bir neçə ay öncə polisin nəzarətinə verilib.

Vəkilin dediyinə görə, məhkəmə Bəxtiyar Hacıyevin vaxtlı-vaxtında polis bölməsinə gedib şəhəri tərk etmədiyi barədə imza atmadığını əsas gətirərək həbs qəti imkan tədbiri seçib. Məhkəmədə həmçinin polislər Hacıyevin bir neçə dəfə Gürcüstan sərhədindən tutularaq Gəncə şəhərinə gətirildiyini deyib.

Bəxtiyar Hacıyevin qardaşı Vüqar Hacıyev Amerikanın Səsinə bildirib ki, Bəxtiyar hər gün polisə gedərək müvafiq sənədi imzalayıb. “Bəxtiyar Hacıyev deputatlığa namizəd olarkən hazırkı iqtidarı kəskin tənqid edib. O, Facebook şəbəkəsində də hökumətin siyasətini kəskin tənqid edir, gəncləri virtual məkanda demokratiya və söz azadlığını qorumağa çağırırdı. Onun həbsinin əsas səbəbi bunlardır”-deyə o qeyd edib.

Bəxtiyar Hacıyev Harvard Universitetinin magistridir. O, Hillari Klinton və Barak Obamanın seçki qərargahında könüllü işləyib.

Deputatlığa keçmiş namizədin qardaşı Vüqar Hacıyev Amerikanın səsinə Bəxtiyarın həbsi barədə daha ətraflı məlumat verib:

XS
SM
MD
LG