Accessibility links

Bəxtiyar Hacıyev: "Mən belə saxlanılmağımı özümə qarşı siyasi təzyiq kimi qiymətləndirirəm" (audio)


Bəxtiyar Hacıyev: "Mən belə saxlanılmağımı özümə qarşı siyasi təzyiq kimi qiymətləndirirəm" (audio)

Bəxtiyar Hacıyev: "Mən belə saxlanılmağımı özümə qarşı siyasi təzyiq kimi qiymətləndirirəm" (audio)

Səbəb göstərilmədiyini bildirən Bəxtiyar Hacıyev ölkədən xaricə buraxılmaması barədə göstəriş verildiyini deyib

Bu gün Doktorantura təhsili ilə bağlı Azərbaycandan Gürcüstana gedən deputatlığa namizəd Bəxtiyar Hacıyer Sərhəd Keçid Məntəqəsində saxlanılıb. Bəxtiyar Hacıyev Amerikanın Səsinə bildirib ki, o, heç bir izahat verilmədən yerli saatla 5 radələrindən 8:20-dək saxınılıb. “İndi də mənə bildirirlər ki, müəyyən şəxslərə təhvil verəcəyik. Hazırda üzərimə baxış keçirilir”. Səbəb göstərilmədiyini bildirən Bəxtiyar Hacıyev ölkədən xaricə buraxılmaması barədə göstəriş verildiyini deyib: “Göstəriş verənlərin kim olması və saxlanmağımın səbəbi barədə son 4 saata yaxın vaxt ərzində mənə heç bir məlumat verilməyib”. Onun sözlərinə görə, deputatlığa namizəd kimi toxunulmazlıq hüququ hələ də qüvvədə qalır: “Konstitusiya məhkəməsinin parlament seçkilərinin son nəticəsi barədə qərarı olana qədər mənim deputatlığa namizədlik, o cümlədən toxunulmazlıq statusum var. Baş verən hadisələrin hamısı qanunsuz baş verir. Mən belə saxlanılmağımı özümə qarşı siyasi təzyiq kimi qiymətləndirirəm”.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG