Accessibility links

Bəxtiyar Hacıyevin işi üzrə hazırlıq iclası olub


Bəxtiyar Hacıyevin işi üzrə hazırlıq iclası olub

Bəxtiyar Hacıyevin işi üzrə hazırlıq iclası olub

ABŞ-ın Harvard Universitetinin məzunu Bəxtiyar Hacıyev 2011-ci ilin martında Gəncədə tutulub və 2 il müddətinə azadlıqdan məhrum edilib.

Fevralın 6-da Bakı Apellyasiya Məhkəməsində gənc fəal Bəxtiyar Hacıyevin işi üzrə hazırlıq iclası olub.

ABŞ-ın Harvard Universitetinin məzunu Bəxtiyar Hacıyev 2011-ci ilin martında Gəncədə tutulub və 2 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə təqsirli bilinib. Penitensiar Xidmətin Bakıdakı 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.

2011-ci ilin dekabrında Qaradağ Rayon Məhkəməsi Bəxtiyar Hacıyevin vaxtından əvvəl azadlığa buraxılmasına dair müraciətini təmin etməyib. Bu qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verilib.

Vəkil İntiqam Əliyev “Media forum” saytına deyib ki, fevralın 6-da keçirilən prosesdə məhkəmə araşdırması fevralın 20-nə təyin olunub.

XS
SM
MD
LG