Accessibility links

Bəxtiyar Hacıyevin şikayəti təmin edilməyib


Bəxtiyar Hacıyevin şikayəti təmin edilməyib

Bəxtiyar Hacıyevin şikayəti təmin edilməyib

Bəxtiyar Hacıyev 2011-ci ilin martında Gəncədə həbs edilib və məhkəmənin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Fevralın 27-də Bakı Apellyasiya Məhkəməsi siyasi fəal, bloger Bəxtiyar Hacıyevin şikayətini təmin etməyib.

Belə ki, 2011-ci ilin dekabrında Bakının Qaradağ rayon məhkəməsi Bəxtiyar Hacıyevin vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı müraciətini təmin etməyib. Bundan sonra, o Qaradağ rayon məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdi.

Bəxtiyar Hacıyev 2011-ci ilin martında Gəncədə həbs edilib və məhkəmənin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin hərbi çağırışdan yayınma maddəsi ilə ittiham olunub.

Harvard Universitetinin magistri olan Bəxtiyar Hacıyev 2010-cu il parlament seçkilərində deputatlığa namizəd olub və hökumətin fəaliyyətini tənqid edib. Seçkilərdən sonra səsvermənin saxtalaşdırılması ilə bağlı sosial şəbəkələrdə video və foto materiallar yerləşdirib. Bundan sonra, ona qarşı bir neçə il öncə hərbi çağırışdan yayınma ittihamı irəli sürülüb.

Bəxtiyar Hacıyev beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən vicdan məhbusu kimi tanınıb.

XS
SM
MD
LG