Accessibility links

Bəxtiyar Hacıyevin şikayətinə Ali Məhkəmə baxacaq


Bəxtiyar Hacıyevin şikayətinə Ali Məhkəmə baxacaq
Bəxtiyar Hacıyevin şikayətinə Ali Məhkəmə baxacaq

Bəxtiyar Hacıyev 2011-ci ilin mayında 2 il müddətinə azadlıqdan məhrum olunub. Hüquq müdafiə təşkilatları onun həbsinin siyasi motivli olduğuna inanır.

Gənc fəal Bəxtiyar Hacıyevin kasasiya şikayətinə nə vaxt baxılacağı bəlli olub.

“Media forum” saytı xəbər verir ki, Ali Məhkəmənin bu şikayət üzrə iclası dekabrın 6-sına təyin edilib.

Prosesə Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi İmran Hacıqayıbov sədrlik edəcək .

Bəxtiyar Hacıyev 2011-ci ilin mayında 2 il müddətinə azadlıqdan məhrum olunub. O, Cinayət Məcəlləsinin 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə təqsirli bilinib. Apelyasiya instansiyası gənc fəalın şikayətini təmin etməyib.

Gənc fəal özü, bir sıra yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, siyasi təşkilatlar onun həbsinin siyasi motivli olduğuna inanır.

XS
SM
MD
LG